Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb

16-08-2020, 20:24           
Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Yeni Yol kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyekt sahibi Elməddin Əliyev və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.