Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs saxlanılıb

17-08-2020, 17:06           
Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edən rayonun Kiçik Dəhnə kənd sakini Tural Baqiyev ona məxsus yardımçı təsərrüfatın naməlum şəxs və ya şəxslər tərəfindən qəsdən yandırılması nəticədə 1500 ədəd ot bağlamasının yandığını, 1 baş iribuynuzlu heyvan və 70 ev quşunun tələf olduğunu bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində zərərçəkmişə 12 min manat dəyərində maddi ziyan vuran şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş Səxavət Yusifov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb. S.Yusifov ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və sərxoş vəziyyətdə əmlakı məhv etdiyini, həmçinin həmkəndlisi ilə əvvəlcədən ədavətinin olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.