Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Şahin Hacıyev saxlanılıb. Ona məxsus rayon ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 38 kiloqrama 500 qram olan 15 ədəd çətənə kolu, eləcə də 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.