“Nar”ın “Full” paketlərindən istifadə edənlərin sayı 58% artıb

18-08-2020, 20:09           
 “Nar”ın “Full” paketlərindən istifadə edənlərin sayı 58% artıb
Abunəçilərinin tələblərini hər zaman nəzərə alan “Nar”ın internet və ölkədaxili dəqiqələri sərfəli qiymətlərlə birləşdirdiyi “Full” paketlərindən istifadə edənlərin sayı artıb.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində “Full” istifadəçilərinin sayı 58% yüksəlib.

Teref.az xəbər verir ki, “Full” paketləri abunəçilərə Azərbaycan mobil rabitə bazarında yalnız “Nar” abunəçilərinin yararlana bildiyi bonuslar təqdim edir. Belə ki, “Full” paketlərinə qoşulan abunəçilərin ay ərzində istifadə etmədikləri bonusları yanmır, növbəti aya keçir. “Çevir” xidməti isə “Full” istifadəçilərinə dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişmək imkanı verir.

Qeyd edək ki, abunəçilərin istəklərindən asılı olaraq 6 müxtəlif “Full” paketi var. “Full” paketlərinə qoşulmaq və ətraflı məlumat əldə etmək üçün https://www.nar.az/full/ səhifəsinə və “Nar+” tətbiqinə daxil ola bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru