Beyləqanın pambıqçılıq ənənələri uğurla davam etdirilir FOTO

20-08-2020, 15:50           
Beyləqanın pambıqçılıq ənənələri uğurla davam etdirilir FOTO
Teref.az- Azərbaycan Respublikasında “Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” rayonda pambıqçılığın inkişafına ciddi stimul yaratmışdır. 2020-ci ilin təsərrüfat ilində Beyləqan rayonu üzrə 8743,7 hektar sahədə pambıq əkilmişdir. Həmin torpaqların 2550 hektarı dövlət fondu, 830 hektarı bələdiyyə fondu, 5363,7 hektarı isə xüsusi mülkiyyətə aid əkin təyinatlı torpaqlardır. Təqdirəlayiq haldır ki, pambıq əkilmiş torpaqların hamısı suvarılan münbit torpaqlardır. Hazırda pambıq sahələrində boytənzimləyici dərman peraparatlarından istifadə olunur, zərərvericilərə qarşı mübarizə aparılır. Bu il suvarma suyunda yaranmış çətinliklərə baxmayaraq fermerlər daha yaxşı işləmiş, üçüncü suvarılma suyunun verilməsinə başlanılmışdır. Əkilmiş pambıq sahələrində aqrotexniki qaydalara düzgün riayət olunmuşdur. Bu səbəbdən fermerlər tərəfindən ötən ilə nisbətən daha çox məhsul əldə edilməsi gözlənilir.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru