Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı

17-09-2020, 10:19           
Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı
Ötən gün, elektron informasiya vasitələrinin birində Yasamal rayonu, 7-ci Sallaqxana kuçəsində yaşayan sakinlərin zibil konteynerlərinin çatışmazlığından şikayət etdikləri ilə bağlı məlumat yayılmışdı.
Məsələ ilə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti əməkdaşları tərəfindən dərhal əraziyə baxış keçirilib, konteynerlərdəki tullantıların daşınması təmin edilib.
Bildirilib ki, ötən ildən Bakı şəhərinin Nərimanov rayonunda Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası uğurla həyata keçirilir. Layihəyə əsasən ilin sonuna kimi paytaxtın daha 3, o cümlədən Yasamal rayonu da bu layihəyə qoşulacaqdır. Bununla əlaqədar rayonda yeni konteyner meydançaları yaradılır, buradakı konteynerlər isə hissə-hissə qapağı olan yeni iri tutumlu konteynerlərlə əvəz edilirlər.
Hazırda həmin ərazi kommunal xidmətlər tərəfindən nəzarətə götürülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru