Sentyabrın 21-də gözlənilən hava şəraiti

20-09-2020, 14:09           
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Teref.az - Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 22-25, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.

Sentyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 25-28, dağlarda gecə 8-13, gündüz 15-18 dərəcə isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru