Göygöl Milli Parkınında donuzçuluq təsərrüfatını kimlər yaradıb? - sorğusuna cavab MÖVQE/VİDEO

21-09-2020, 17:21           
Göygöl Milli Parkınında donuzçuluq təsərrüfatını kimlər yaradıb? -
Teref.az xəbər verir ki, bu gün mediada gedən "Göygöl Milli Parkında donuzçuluq təsərrüfatını kimlər yaradıb?" başlıqlı yazı ilə bağlı ETSN-dən operativ cavab almışıq. Cavabı təqdim edirik:
Bəzi elektron kütləvi informasiya vasitələrində dərc olunmuş "Göygöl Milli Parkında donuzçuluq təsərrüfatını kimlər yaradıb?" başlıqlı yazı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin, Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və Çaykənd bələdiyyəsinin sədrinin iştirakı ilə sözügedən əraziyə baxış keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən baxış və aparılan araşdırma zamanı ərazinin Göygöl Milli Parkına və meşə fondu torpağına aid olmadığı, Çaykənd bələdiyyəsinin mülkiyyətində olduğu məlum olub. Ərazidə 38 donuzun olduğu müşahidə edilib.
“Donuz saxlayanın Kəlbəcər rayonundan olan, hazırda Çaykənd kəndində məskunlaşan Səməndər Məmmədov olduğu, bir müddət yerli meşə idarəsində meşə gözətçisi vəzifəsində çalışdığı, lakin 5 ay əvvəl tutduğu vəzifədən azad edildiyi məlum olub. Vətəndaş verdiyi yazılı izahatda donuzları əvvəl kənddə saxladığını, kənd əhalisinə narahatlıq yaratmamaq məqsədilə sonradan onları kənddən çıxarıb "köhnə mədən" adlanan yerdə saxlamaq qərarına gəldiyini bildirib. Həmin ərazinin kimə məxsus olduğunu bilmədiyini, heç kimdən icazə almadığını və 20 gün ərzində donuzları satacağını izahatında qeyd edib”.
Xidmət rəisi bildirib ki, Çaykənd bələdiyyəsinin sədrinə donuzların ərazidən çıxarılmasını nəzarətdə saxlamaq və qanunsuz otarma ilə bağlı tədbir görmək barədə göstəriş-tövsiyə verilib.
Səməndər Məmmədovun videoformatda verdiyi açıqlamanı tədim edirik.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.