Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələri buraxılıb FOTO

16-10-2020, 21:22           
Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələri buraxılıb FOTO
Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə müxtəlif növ çəkikimi balıq körpələrinin növbəti buraxılışı həyata keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən 3 milyona yaxın çəkikimi balıq körpəsi Kiçik Qızılağac körfəzinə buraxılıb.
F.Əliyevin sözlərinə görə sentyabr-oktyabr ayları ərzində Kiçik Qızılağac körfəzinə, Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur kimi balıq körpələrinin buraxılışı həyata keçirilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru