Quba rayonunda nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib

16-10-2020, 21:26           
Quba rayonunda nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib
Teref.az - Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə Quba rayonunda nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov və digər idarə rəhbərləri iştirak ediblər.
İctimai iaşə obyektlərində, mağazalarda, qapalı məkanlarda sosial məsafənin təmin edilməsi, tibbi maskadan istifadənin zəruriliyi ilə bağlı sakinlərlə profilaktik maarifləndirici söhbətlər aparılıb, məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilib, qanunun tələbləri izah edilib.
Reyd zamanı təyin olunmuş qaydaları pozan sahibkarlar və rayon sakinləri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru