“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir

19-10-2020, 19:13           
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə “Nar” cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlara növbəti dəfə dəstək olub.

Teref.az xəbər verir ki, cəbhə xətti ilə sərhəddə olan sakinlərə qələbə ruhunu daha da yüksəltmək üçün üçrəngli bayrağımız, rahat ünsiyyət qura bilmələri üçün minlərlə “Nar” ödəmə kartları və digər ləvazimatlar paylanılıb. Eyni zamanda düşmən atəşi nəticəsində evləri dağılmış və müvəqqəti sığınacaqlarda yerləşdirilmiş insanlara qış geyim dəsti təqdim edilib.

Qeyd edək ki, “Nar” bundan öncə də cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Mobil operator torpaqların azad edilməsi uğrunda hərbi əməliyyatların getdiyi bir dövrdə bu cür sosial əhəmiyyətli layihələri həyata keçirməyi özünün öhdəliyi bilir.

Rəşadətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyinə əminik! Qələbə bizimdir!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru