Astara sakininin evində qumar oyunu təşkil etdiyi aşkarlanıb

11-01-2021, 11:37           
Astara sakininin evində qumar oyunu təşkil etdiyi aşkarlanıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teref.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı bir neçə rayon sakininin karantin rejimi qaydalarını pozduğu və Ojakəran kənd sakini R.Əliyevə məxsus evdə toplaşaraq qumar oyunu oynadıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin vaxt orada olan şəxslər polis şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb və karantin rejiminin qaydaları bir daha izah edilib. 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru