Qubaya qarın yağması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş rejimə keçiblər.

19-01-2021, 19:55           
Qubaya qarın yağması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş rejimə keçiblər.
Teref.az - DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.
Belə ki, rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir. Bundan əlavə şöbə əməkdaşları tərəfindən qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.
Həmçinin Quba RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru