Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO

26-01-2021, 12:13           
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Qonaqkənd kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Şamaxı rayonu İkinci Çaylı kənd sakinləri Fəxrəddin Zərbəliyev və Sübhan Həbibov olduqları məlum olub. Həmin şəxslərdən “MR-155” və “Tula” markalı ov tüfəngləri, həmçinin hər iki silaha məxsus 35 patron götürülüb. S.Həbibova məxsus “Tula” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı da müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru