Tanınmış soydaşımız Kəlbəcərdə polislərin qonağı olub

2-02-2021, 15:49           
Tanınmış soydaşımız Kəlbəcərdə polislərin qonağı olub
Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Diqqəti Vətən Müharibəsinin nəticəsində işğaldan azad edilmiş əzəli torpaqlarımızda gördüklərini lentə alır. Tanınmış soydaşımız viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün Azərbaycanda növbəti səfərdədir. Reza Diqqəti artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alaraq dünya mətbuatında işıqlandıra bilib. Budəfəki səfərində Kəlbəcər rayonunda olan tanınmış fotoqraf rayon Polis Şöbəsinin qonağı olub və rayonda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edə bilib. Bundan başqa o, daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməsinin onda xoş təəssürat yaratdığını bildirib, bir neçə foto video hazırlayıb, polis əməkdaşlarının xidməti şəraiti ilə yerində tanış olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru