İsmayıllı sakinlərindən 6 ədəd odlu silah götürülüb

19-02-2021, 10:29           
İsmayıllı sakinlərindən 6 ədəd odlu silah götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən evlərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun İstisu kənd sakinləri- Elşad və Səyyar Əzizovlar, Akif və Vüsal Süleymanovlar, Fuad Qəribov, Ceyhun Haşımovdan müvafiq sənədləri olmayan, ümumilikdə 6 ədəd “İJ” və “Toz” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru