Azad olunan Qarabağ Moldovalı jurnalistlərin gözü ilə

4-03-2021, 13:53           
Azad olunan Qarabağ Moldovalı jurnalistlərin gözü ilə
Moldovanın nüfuzlu “noi.md” xəbər portalında “Azad olunan Qarabağ moldovalı jurnalistlərin gözü ilə” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə bu günlərdə Azərbaycanda səfərdə olan xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərdə olduğu qeyd edilib. Bildirilir ki, xarici jurnalistlər gözəl Qarabağ diyarının ermənilər tərəfindən necə dağıdıldığının, məhv edildiyinin şahidi olublar. Tarixi, dini və mədəni abidələrin məhv edilməsi, meşələrin qırılmasını gözləri ilə görüblər. Ağdam şəhərinin ermənilər tərəfindən tamamilə məhv edildiyini müşahidə ediblər. Mütəxəssislər, erməni işğalının nəticələrini Xirosimadakı atom bombasının partlaması ilə müqayisə edirlər. Məqalədə qeyd olunur ki, bütün təhlükələrə rəğmən Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsi təqdim olunmur.

Məqalədə bütün bunlara baxmayaraq, artıq Füzuli rayonunda böyük infrastruktur layihələrə başlandığı, o cümlədən beynəlxalq hava limanının, magistral yolların tikildiyi də vurğulanır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiriшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.