Siyasi partiyaların YAP-a birləşməsi yeni siyasi proseslərin başlanğıcıdır - İsrafil Kərimovun yazır

6-03-2021, 09:52           
Siyasi partiyaların YAP-a birləşməsi yeni siyasi proseslərin başlanğıcıdır - İsrafil Kərimovun yazır
Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiya - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına qoşulmaq haqda qərar qəbul ediblər.

Qeyd olunan partiyaların hər birinin qurultaylarında partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edilib və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər. Martın 5-də isə Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında partiyaların müraciətinə baxılaraq müsbət qərar qəbul edilib.

Son müddət ərzində Azərbaycanda dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb oldu. 6 siyasi partiyanın isə YAP-a qoşulmasına dair qərarı ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin daha da şaxələnməsinə xidmət edəcəkdir. Ölkədəki siyasi partiyaların güclənməsi və genişlənməsi isə vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır.

Yeni Azərbaycan Partiyası ölkəmizin ən çoxsaylı və geniş sosial bazası olan bir partiyadır. Martın 5-də YAP-in növbədənkənar VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu bir daha sübut edir. YAP ümumxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir.

Bu gün Azərbaycanda Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçir, siyasi münasibətlərin formalaşması prosesinin birinci mərhələsini yaşamaqdayıq. Bu mərhələ siyasi partiyaların yeni münasibətlər sistemində rolunu və əhəmiyyətini önə çıxaracaq bir təşəbbüsdür. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. 44 günlük Vətən müharibəsi dövründə siyasi partiyalar yüksək şüur nümayiş etdirdilər, Xalq-Ordu-Dövlət-Ali Baş Komandanla elə bir vəhdət yarandı ki, bu birlik Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratdı. İndi yeni mərhələyə qədəm qoymuşuq. Siyasi islahatlar həyata keçirməklə dövlətimiz daha da gücləndiriləcəkdir.

Azərbaycanda 64 siyasi partiyanın mövcudluğunu siyasi idarəçilikdə keyfiyyət göstəcicisi kimi dəyərləndirmək çox çətindir. Partiyaların fəaliyyətini araşdırsaq görə bilərik ki, partiyaların əksəriyyəti bir-birini təkrarlayır. Ona görə bu gün partiyaların bu addımlarını normal qəbul

edilməlidir. Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaqdır.

Azərbaycan üçün hazırki dövrdə 10-15 siyasi partiyaların olması və bu partiyaların dövlətə və cəmiyyətə müsbət mənada təsir mexanizmlərinin olmasını daha məqbul hesab edilə bilər. Əksər partiyaların nizamnamə və məramnamələri bir-birini təkrarladığı üçün bu birləşmələrin dövlətimizə faydalı olacağdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.