Mingəçevirdə polislər bayram münasibətilə qaziləri ziyarət edib
19-03-2021, 12:18
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ilə əlaqədar Vətən müharibəsində yaralanan qazilərimizi ziyarət ediblər. DİN-in Mətbuat Xidmətinin Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, ziyarət zamanı qazilərlə həmsöhbət olan polislər onların qayğıları, müalicələrinin gedişi ilə maraqlanıblar və hər zaman dövlətimizin qayğısını hiss edəcəklərini bildiriblər. Bayram münasibətilə qazilərimizi və ailə üzvlərini təbrik edən asayiş keşikçiləri gətirdikləri sovqatları onlara təqdim ediblər.