Martın 21-də gözlənilən hava şəraiti

20-03-2021, 12:32           
Martın 21-də  gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə martın 21-də
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman.
Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaq.

Martın 21-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 12-17 dərəcə isti, dağlarda gecə
0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Martın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.