Qaxda dələduzluq edən iki əmioğlu saxlanılıb - FOTO

13-05-2021, 09:26           
 Qaxda dələduzluq edən iki əmioğlu saxlanılıb - FOTO
Qax Rayon Polis Şöbəsinə müraciət edən 3 nəfər rayon sakini özlərini firma işçisi kimi təqdim edən iki şəxsin onlara satdıqları müxtəlif məişət əşyalarının guya hədiyyəli olduğunu, hədiyyəni əldə etmək üçün isə sadəcə çatdırılma xərcini əvvəlcədən ödəməyin vacibliyi adı ilə aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən əmioğlular, Şamaxı rayon sakinləri-Səfər və Namiq Əsədovlar saxlanılıb. Araşdırma zamanı onların hər hansı bir firmada işləmədiyi, Sədərək ticarət mərkəzindən aldıqları məişət əşyalarını rayonlarda satdıqları məlum olub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Zəng Mərkəzinə və Qax RPŞ-nin (024)-255-23-52 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru