Yardımlıda 42350 ədəd xaş-xaş kolu məhv edilib

19-06-2021, 11:50           
Yardımlıda 42350 ədəd xaş-xaş kolu məhv edilib
“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Alar kəndi ərazisində 620 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 16500 kiloqram olan 42350 ədəd xaş-xaş kolları aşkar edilib və yandırılmaqla məhv edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.