Quba polisi narkotik satan şəxsi yaxalayıb

16-09-2021, 11:54           
Quba polisi narkotik satan şəxsi yaxalayıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Teref.az-a bildirdiyinə görə RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun 1-ci Nügədi kənd sakini İlqar Məmmədli saxlanılıb. Həmin şəxsin evinə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. İ.Məmmədli həmin narkotik vasitəni İsmayıl adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən tədbirlərlə rayonun Zərdabi qəsəbə sakini İsmayıl Əliağa oğlu saxlanılıb. Həmin şəxsin evinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.