Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb

20-09-2021, 20:39           
Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən Teref.az-a məlumata görə, sentyabrın 19-da qanunsuz ov etdiyinə görə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əlimərdanlı kənd sakini İftixar Səmədov saxlanılıb. Araşdırmalarla onun özünə məxsus müvafiq sənədləri olan Toz 87 markalı tüfənglə Kür çayının rayon ərazisindən keçən hissəsində müvafiq icazəsi olmadan qadağan olunmuş zamanda və məkanda ov etməsi müəyyən olunub. İ. Səmədov saxlanılıb, ona məxsus ov tüfəngi və ovladığı 2 ədəd çöl dovşanı maddi sübut kimi götürülüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.