TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏ YATAQXANA KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

23-09-2021, 09:01           
  TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏ YATAQXANA KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Teref.az - Gəncə Dövlət Universitetinin Yataqxana Kompleksi 1967-ci ildə ilk dəfə tikilib istifadəyə verilmişdir. 1993-cü ildə burada Kəlbəcər rayonundan olan 150 ailə məskunlaşdırılmışdır. 2014-cü ildə köçkünlər Gəncə şəhəri ətrafında salınan qəsəbəyə köçürülmüşdür. 2018-ci ildə Yataqxana Kompleksinin əsaslı təmir edilməsi üçün vəsait ayrılmış, 2020-ci ildə Yataqxana Kompleksində təmir tikinti işləri tamamlanmışdır. Ərazinin ümumi sahəsi 11450 kv. metr-dir.
Yataqxana Kompleksində 744 nəfər tələbə qala bilər. Kompleksdə 4 qonaq otağı da mövcuddur. Yataqxana Kompleksi yüksək sürətli internet, fasiləsiz elektrik enerjisi (generator) və daimi isti-soyuq su ilə təmin olunmuş, müasir isitmə sistemi qurulmuşdur. Kompleksdə 3 yaşayış binası, 400 tələbənin eyni anda istifadə edə biləcəyi Yeməkxana Kompleksi, basketbol meydançası, fantan, yaşıl zona və istirahət zonası mövcuddur. Hər bir mərtəbədə yaşayış otaqları, mətbəx, sanitar qovşaq, istirahət otağı, akt zalı yerləşir. Binaların I mərtəbəsində camaşırxana da mövcuddur. Kompleksdə 95 ədəd təhlükəsizlik kamerası quraşdırılıb. Korpuslardan birində (A korpusunda) universitetin əsaslı kitabxanası yerləşir.
Təhsil naziri Emin Əmrullayevi Yataqxana Kompleksinin qarşısında rektor Yusif Yusibov qarşıladı. Açılışda Təhsil naziri Emin Əmrullayev,Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev və digər rəsmi şəxslər iştirak etdi. Görüş zamanı rektor müasir və gözəl arxitekturaya malik yataqxana binasını tələbələrə hədiyyə etdiyi üçün Dövlət Başçısına professor-müəllim heyəti və tələbə kontingenti adından minnətdarlığını bildirərək, kompleks haqqında ümumi məlumat verdikdən sonra A korpusunda yerləşən infrastruktur ilə yaxından tanış olmaq üçün binaya və ilkin olaraq universitetin əsaslı kitabxanasına, binada yerləşən yaşayış otaqlarına, akt zalına, istirahət otağına, camaşırxanaya, nəzarət otağına, mətbəxə baxış keçirilmiş, daha sonra B korpusunda yerləşən infrastruktur ilə yaxından tanış olduqdan sonra Yeməkxana Kompleksi ilə tanışlıq baş tutmuşdur.
Sonda Kompleksin həyətində yerləşən istirahət meydançasında təhsil naziri və rektorun iştirakı ilə Gəncə şəhərindən olan yüksək ballı tələbələrlə görüş təşkil edilmişdir. Səmimi şəraitdə keçirilən görüşdən sonra nazir yaradılmış bütün şərait üçün universitet rektoruna təşəkkür edərək, Yataqxana Kompleksinin gələcək fəaliyyətində uğurlar arzuladı.











шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.