."Nurgün Motors"da vətəndaşları necə aldadırlar? - VİDEO
5-05-2015, 16:55
"Fuad Dərgahov qeyd edib ki ,onunla yanaşı bir çox müştərilər də “Ford” servisdən narazılıq edir"
Daim sakinlərin şikayət və problemlərini işıqlandıran BTV-yə bu dəfə “Nurgün Motors” la bağlı şikayət daxil olub . Şikayətçi Fuad Dərgahov adıçəkilən şirkətin onu aldatdığını iddia edir. O ,bildirir ki, dəfələrlə maşınında nasazlıq baş verib və sonuncu dəfə onu təmir etdirmək üçün aprelin 28-i “Nurgün Motors “un “Ford” servisinə müraciət edib. Lakin yenidən maşını xarab olub və bu dəfə də şirkətə müraciət edərkən ondan yenə də təmir üçün yüksək məbləğdə pul alıblar. Fuad Dərgahov onu da qeyd edib ki ,onunla yanaşı bir çox müştərilər də “Ford” servisdən narazılıq edir. Onlar etiraz etsələr də digər servislərə müraciət etmələrinə imkan verilmir. Səbəb olaraq isə avtomobilin xarab olan hər hansı bir detalının yalnız burada təmir ediməli olduğunu bildirirlər . Söylənən itthamlara aydınlıq gətirmək məqsədilə “Nurgün Motors” un Departament rəhbəri Əflatun Cəfərovla əlaqə saxladıq. O , açıqlamasında bildirdi ki, servisdə özünəməxsus qiymətlər var və detallar orijinaldır.
Sonda, Əflatun Cəfərov onu da qeyd etdi ki, heç bir müştəriyə digər servislərə müraciət etməməsi üçün hər hansı bir təzyiq göstərilmir.
[media=https://www.youtube.com/watch?v=RNhvdTUPWTc]