Hacıqabulda narkotiklə saxlanılan şəxsin oğurluqları da üzə çıxdı

11-11-2021, 15:42           
Hacıqabulda narkotiklə saxlanılan şəxsin oğurluqları da üzə çıxdı
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ehtibar Kərimov saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı bir bükümdə “patı” və “şüşə” kimi tanınan psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən E.Kərimovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi 2 oğurluq faktı da üzə çıxıb. Belə ki, saxlanılan şəxsin rayon ərazisində evlərin birindən müxtəlif növ məişət əşyaları və tikinti materialları, digərindən isə bir ədəd velosiped oğurladığı müəyyən edilib.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru