Azərbaycan Soçi görüşündə öz hədəflərinə nail oldu

29-11-2021, 12:35           
 Azərbaycan Soçi görüşündə öz hədəflərinə nail oldu
Noyabrın 26-da Soçidə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında keçirilmiş görüşdə bir sıra məsələlər, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olundu. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan bu görüşdə öz hədəflərinə nail oldua. Xüsusilə, avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.
Cənubi Qafqazda sabitlik təkcə Azərbaycanın deyil, regionun bütün ölkələrinin marağındadır. Sülh regionun iqtisadi inkişafına, eləcə də kommunikasiyaların açılmasına xidmət edəcək. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü yüksək qiymətləndirilir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra keçirilən bu görüş Cənubi Qafqazda dayanıqlı sülhə doğru ən böyük addımdır. Əslində Ermənistan regional iqtisadi və nəqliyyat layihələri üzrə əməkdaşlıq etmək üçün tez hərəkət etməlidir. Azərbaycan Prezidenti İlham Əliyev bir daha Bakının Ermənistanla dialoq və dinc birgəyaşayış prosesinə başlamağa hazır olduğunu vurğulayıb. Azərbaycanın silahlı qüvvələri bütün dünyaya göstərdi ki, suveren ərazilərin diplomatik fəaliyyətlə birgə hərbi əməliyyatlarla azad edilməsi böyük uğur idi. Soçidəki üçtərəfli görüş həm də reallığı qəbul etməkdən imtina edən və regional iqtisadi və infrastruktur layihələrdə iştiraka cəsarət etməyən Ermənistan rəhbərliyinin zəifliyini göstərdi. Ermənistan ona istiqamətlənən sülh təklifindan imtina etməməlidir. Əks təqdirdə, bu, beynəlxalq arenada daha bir dönüş nöqtəsi olacaq.
Azərbaycan Qarabağ müharibəsindən sonrakı bir il ərzində öz mövqeyinə sadiqlik nümayiş etdirib, bütün humanitar normaların yüksək səviyyədə, ardıcıl şəkildə icrasını diqqət mərkəzində saxlayıb. Hərbi əməliyyatlar bitəndən sonra saxlanılan 100 nəfərdən çox erməni hərbi qulluqçunun, o cümlədən iki nəfərin bu görüş reallaşan gün səhər Ermənistan tərəfə təhvil verildiyini bildirib.
Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. İqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin inkişaf səviyyəsi uğurludur. Bunu mövcud statistika da təsdiq edir. Rusiya Azərbaycan üçün dost, strateji tərəfdaş olaraq, etimada əsaslanaraq ən həssas məsələlər barəsində ölkəmizin Ermənistan ilə ortaq fikrə gəlməyinə əlverişli şərait yaradır. Soçi görüşünün nəticələrinə əsaslanıb demək olar ki, hazırda Azərbaycanın Ermənistanla münasibətlərinin tənzimlənməsində Rusiya yüksək səviyyədə səy göstərir. Ölkəmizin müharibədən ötən bir il ərzində savaşın fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində Rusiya maksimal konstruktivlik nümayiş etdirir.

Cəlil Xəlilov — siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentiшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.