Hacıqabul və Saatlıda vətəndaşlardan müvafiq sənədləri olmayan ov silahları götürülüb
15-01-2022, 10:49
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib.
Keçirilən tədbirlərlə rayon sakini M.Cavadovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə müvəqqəti olaraq rayon ərazisində Şamaxı rayon sakini S.Ağarəhimovdan bir ədəd müvafiq sənədləri olmayan “İj-18” markalı tüfəng götürülüb.