Dumanlı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

3-03-2022, 13:08           
Dumanlı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Belə ki, Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub.

G.Məmmədovanın sözlərinə görə, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görünüş 50-500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru