Aprelin 20-nə hava proqnozu

19-04-2022, 15:35           
Aprelin 20-nə hava proqnozu
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti,
Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.



Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.