La Liqa: "Real Madrid" rəqibinə şans vermədi Bu gün, 09:48 İspaniya La Liqasının 2-ci turunda yüksək liqaya yeni vəsiqə qazanmış "Real Ovyedo" Madrid "Real"ını qəbul edib.Oxu.Az xəbər verir ki, oyun gözlənildiyi kimi qonaqların üstünlüyü ilə keçib.Mbappe 37 və 83-cü dəqiqələrdə meydan sahiblərinin qapı torunu silkələyib. 90+3-cü dəqiqədə isə Vinisius yekun hesabı müəyyən edib - 0:3.Beləliklə də, Xavi Alonsonun komandası ardıcıl ikinci qələbəsini qazanıb. Facebook-da paylaş