Gəncə sakinlərində narkotik vasitə aşkarlanıb

20-04-2022, 11:20           
Gəncə sakinlərində narkotik vasitə aşkarlanıb
Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Fərid Rəhimov saxlanılıb. Onun üzrənə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürlüb.
Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri ilə onlayn yolla narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Nuriyev saxlanılıb. Şübhəli şəxsin üzərində müxtəlif qablarda ümumi çəkisi 258.66 qram narkotik vasitə olan “heroin” və narkotik maddə qəbul etmək üçün digər ləvazimatlar aşkar olunaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.