Mayın 20-də hava necə olacaq

19-05-2022, 15:52           
Mayın 20-də hava necə olacaq
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq.
Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.



Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru