Pensiya kartından onlayn yolla pul oğurlayan şəxs Qubada saxlanılıb.

4-06-2022, 15:53           
Pensiya kartından onlayn yolla pul oğurlayan şəxs  Qubada saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus pensiya kartından elektron məlumat daşıyıcılarından istifadə etməklə pul oğurlandığını bildirib.
Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində oğurluğu edən şəxsin Sumqayıt şəhər sakini Teymur Məmmədov olduğu müəyyən edilib və o saxlanılıb. Saxlanılan şəxs etdiyi əməli etiraf edib. Həmin şəxs barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib.
Hazırda həmin şəxsin barəsində cinyət işi üzrə iptidai istindaq aparılır. T.Məmmədovun əməllərinə görə zərər çəkən şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq məlumat vermələri və ya Quba RPŞ-yə müraciət etmələri xahiş olunur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru