Balakəndə dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib

6-06-2022, 19:08           
Balakəndə dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi istiqamətində nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,şəhər ərazisində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb. Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu həmin şəxslərə izah edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru