Tovuzn rayonunda güllələnmə - Polis isti izlərlə cinayətkarı həbs etdi...

20-09-2022, 10:37           
Tovuzn rayonunda güllələnmə -
Sentyabr ayının 19-u axşam saatlarında Tovuz rayon Polis Şöbəsinə rayonun Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərovun sağ budunun 3/1-nin güllə yarası diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri araşdırmalar nəticəsində məlum olub ki, Ə. Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlmiş, sonuncular şəxsi münaqişə edən zaman ev sahibi özünəməxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Əli Salmanova atəş açarkən Ə. Ələsgərov yaralanıb.
Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
polis baş leytenantı Eşqin Qasımov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.