Azərbaycan Avropanın enerji təminatında etibarlı tərəfdaşdır

4-10-2022, 18:56           
Azərbaycan Avropanın enerji təminatında etibarlı tərəfdaşdır
Bu il 30 sentyabr - 1 oktyabr tarixlərində Prezident İlham Əliyevin Bolqarıstana səfəri çox məhsuldar və əhəmiyyətli olmuşdur. Səfər həm iki ölkə, həm də Avropa İttifaqı arasında münasibətlərin yeni müstəviyə çıxarılması baxımdan çox əhəmiyyətlidir. Dövlət başçısı Bolqarıstana səfəri çərçivəsində Avropa Komissiyasının prezidenti, Yunanıstanın, Ruminiyanın, Serbiyanın dövlət başçıları ilə də görüşüb və bu görüşlərdə regionumuzda sülhün təmin olunması üçün müəyyən məsələlər müzakirə edilib.
Azərbaycan enerji resusrslarının ixracının şaxələndirilməsi siyasəti bu gün Avropa ittifaqı üçün enerji təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Baş vermiş hadisələr fonunda Avropa İttifaqının 150 milyard kubmetr Rusiya qazından məhrum olduğu halda Azərbaycan 2,6 trilyon təsdiq olunmuş qaz ehtiyatları ilə Avropanın enerji bazarına daxil olaraq yeni idxal və alternativsiz mənbəsinə çevrilmişir. Prezident İlham Əliyevin müəllifi olduğu Cənubi Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP - TAP layihələri Avropanın ümüd yeri olmuşdur.
Səfər zamanı müzakirə olunan mövzular arasında əsas məsələlərdən biri perespiktivdə TANAP-ın buraxılma gücünü 16 milyarddan 32 milyard kubmetrə, TAP-ı isə 10 milyarddan 20 milyard kubmetrə çatıdırlması ilə bağlıdır. 1 oktyabrda açılışı olmuş Yunanıstan-Bolqarıstan İnterkonnektoru bu iki ölkənin boru xətlərini birləşdirməklə yanaşı Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələrinə qədər uzanacaqdır. Bu interkonnektorun buraxılma gücü ilkin mərhələdə 3 milyard, perespiktivdə isə 5 milyard kubmetrə çatdırmaq mümkün olacaqdır. Bolqarıstanın illik qaz istehılakı 3,5 milyard kubmetrinin 1 milyard kubmetri Azərbaycandan istehlak olunmağa başlanmışdır. Bolqarıstana qonşu daha 3 ölkə Macarıstan, Ruminiya və Slovakiya da Azərbaycan qazını almaq istədiklərini bildirmiş və bu istiqamətdə müzakirələr aparılmışdır. Beləliklə Azərbaycan Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevrilib.
Azərbaycan - Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və etimad əsasında formalaşaraq strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib. Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə çox yüksək səviyyədə icra olunur və bu gün ölkələrimiz arası əməkdaşlığımız siyasi, iqtisadi, mədəni, hunamitar sahələri əhatə etməklə çoxşaxəli inkişaf edir. Ümumiyyətlə Azərbaycan etibarlı tərəfdaş olması ilə bağlı dünyada imic qazanmışdır.
Prezident İlham Əliyevin Sofiyada Bolqarıstanlı iş adamları ilə görüşməsi və ölkəmizin investisya mühütü ilə bağlı məlumatlandırması, gələcəkdə Bolqarıstanlı biznes strukturlkarının Azərbaycana sərmayə qoyulmasına və müştərək müəsisələrin yaradılmasına yeni təkan verəcəkdir.
Səfər zamanı müzakirə olunan məsələrdən biri də nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsidir. Son illər ölkəmizdə yenidən qurulmuş avtomobil və dəmir yolları, Beynəlxalq Ticarət Limanı Azərbaycanın tranzit imaknlarını genişləndirmişdir. Beləki, cari ildə ölkəmizin üzərindən daşınan tranzit yüklərin həcmi 50% artıb. Bu gün müzakirə olunan Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi qitələr arası daşınmaların həyata keçirilməsi üçün ən səmərəli layihəsi olaraq dəyərləndirir. Zəngəzur Dəhlizinin açılması Avropaya daşınmaların təhlükəsizliyini təmin etməklə yanaşı yeni beynəlxalq enerji layihələrin icrasını da mümkün edəcək.
Qeyd etmək olar ki, Zəngəzur Dəhlizi üzərindən Avropanı daha böyük təbii qazla təmin etmək gücündə olan Cənub Qaz Dəhlizinə Paralel yeni bir ixrac marşurutu yaratmaq və bu marşuruta Xəzər hövsəsi ətrafı qaz istehsalçıları da birləşdirmək mümkündür və gələcəkdə bu layihə Avropa üçün çox vacib məsələyə çevriləcəkdir.


Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.