Narkomaniya ilə mübarizə birgə səylər tələb edir

7-10-2022, 14:34           
Narkomaniya ilə mübarizə birgə səylər tələb edir
Bu günlərdə Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta və rayonun Alekseyevka kənd tam orta məktəblərində narkomaniyaya qarşı maarfiləndirmə tədbirləri keçirilib. Tədbirlərdə polis əməkdaşları, RİH-in nümayəndəsi, veteranlar,eləcə də məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov və digər iştirakçılar narkomaniyanın fəsadları ilə bağlı çıxış edərək belə vasitələrdən asılılığının səbəb olduğu faciələr, xəstəliklər barədə şagirdlərə geniş məlumat veriblər.

Görüşlərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları da iştirak ediblər. Təhsil müəssisəsinin əməkdaşı polis kapitanı İlqar Quliyev çıxış edərək bu qocaman təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyəti barədə ətraflı məlumat verib, Polis Akademiyasında kursantların hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, laboratoriyalar və asudə vaxtın səmərəli təşkili məqsədilə görülən tədbirlərdən danışıb.

Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr olunmuş videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru