“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü start götürür

9-10-2022, 14:44           
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü start götürür
“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının yeni mövsümü başladı. Yeni mövsümdə 3 divizionun – Bakı, Regional və Tələbə divizionlarını təmsil edən yarış hər həftənin bazar günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq.
Qaydalara görə il əzrində 2 mövsüm oyun oynanılır. 1-ci mövsümdə “Bilik” Kuboku, 2-ci mövsümdə isə “Nar” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə “Bilik” kuboku və “Nar” kubokunun qalibləri, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.
Hazırki mövsümdə “Bilik” kubokunu qazanan komanda ötən mövsümün qalibi olan “Nar” komandası ilə Breyn Rinq üzrə 2022-ci ilin Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, elm və təhsilin inkişafına dəstək “Nar”ın əsas KSM istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru