Azərbaycan: Cənubi Qafqazın lider dövləti... - İsrafil Kərimovun yazısı

23-12-2022, 12:16           
Azərbaycan: Cənubi Qafqazın lider dövləti... -
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə
ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin
vacib istiqamətlərindən biridir. Azərbaycan öz növbəsində Serbiyanın
suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini
tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.
İki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və
hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda
söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən
müharibəsində Şanlı Qələbədən sonra isə Cənubi Qafqazın qalib dövləti
oldu. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan
ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı.
Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb.
Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici
siyasətin nəticəsidir.
Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan
ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki,
müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu
daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin
yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Belə ki, Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də
Azərbaycana işgüzar səfəri Səfər çərçivəsində istər prezidentlərin təkbətək,
istərsə də geniş tərkibdə görüşlərində, həmçinin səfərin mahiyyətini özündə
əks etdirən dövlət başçılarının mətbuata birgə bəyanatlarında diqqəti çəkən
mühüm məqamlardan biri Prezident İlham Əliyevin şəxsi nüfuzuna,
yürütdüyü siyasətə böyük dəyərin verilməsi oldu. Azərbaycan Prezidenti
İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən
sonra mətbuata bəyanatında bildirib ki, Serbiya və Azərbaycan strateji
tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb.
Azərbaycan Prezidenti həmçinin, Vuçiçin dəvəti ilə bir ay əvvəl
Serbiyada rəsmi səfərdə olduğunu və səfər təəssüratlarını bölüşə rək
bildiridi ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul
edilmiş qərarlar vaxt itirmədən icra olunsun. Prezident İlham Əliyev
həmçinin söyləyib ki, Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi
bütövlüyünü, suverenliyini dəstəkləyib və dəstəkləyir. Bu siyasət dəyişməz
olaraq qalacaq.
Azərbaycan prezidenti onu da bildirdi ki, Azərbaycan və Serbiyanın
gözəl strateji tərəfdaşlıq münasibətləri vardır. Hələlik istənilən səviyyədə
olmayan ticarət dövriyyəsi əldə edilmiş razılaşmaların icrası nəticəsində
artacaqdır. “Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə
nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat
dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim
müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq
yaranıbdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Bir sözlə, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı
perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına
töhfə verəcək. Çünki Serbiya Prezidenti Aleksandar Vuçiçin dediyi kimi:
«Azərbaycan və Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni
zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır».

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.