Neftçalada brakonyerliklə məşğul olan şəxs barəsində cinayət işi açılıb

23-12-2022, 16:17           
Neftçalada brakonyerliklə məşğul olan şəxs barəsində cinayət işi açılıb
Neftçalada brakonyerliklə məşğul olan şəxs barəsində cinayət işi açılıb

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən Yuxarı Qarabağ kanalının Neftçala rayonunun Haqverdilər kəndi ərazisindən keçən hissəsində aparılan reyd zamanı qeyd edilən qanunsuz əməllə məşğul olan Biləsuvar rayon sakini İsa İmanov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ov qurğuları və ümumilikdə 65 ədəd müxtəlif növ balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı İ.İmanov barəsində Cinayət Məcəlləsinin 256.1-ci (Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru