Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar

23-12-2022, 16:20           
Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar
Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti AleksandarVuçiç ilə təkbətək görüşü olub.
Ötən ay Prezident İlham Əliyevin Serbiya Respublikasına dövlət səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanaraq gələcək dövrdə əlaqələrin daha sıx şəkildə inkişafına töhvə verildi. Prezident Vuçiçin ölkəmizə son səfəri isə bu imzalanmış sənədlər çərçivəsində qəbul olunmuş qərarların tezliklə icrasına Azərbaycan və Serbiyanın nə dərəcədə yüksək önəm verdiyini nümayiş etdirir.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin qurulmasının 25 illiyi tamam olur.
Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident BorisTadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident TomislavNikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. TomislavNikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi NikolaTeslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan AleksandarVuçiç, həmin ilin iyununda isə Prezident TomislavNikoliç Bakıya səfər ediblər.
Serbiya Respublikasının Prezidentinin ölkəmizə işgüzar səfəri çərçivəsində keçirilən mətbuat konfransında möhtərəm Prezidentimiz ölkəmizlə strateji tərəfdaş olan dost Serbiya arasında əlaqələrin hərtərəfli inkişaf etdiyi vurğulamaqla, şəhərsalma sahəsində, iqtisadi və sənaye inkişafı sahəsində, kənd təsərrüfatı, ticarət, nəqliyyat-loqistika sahəsində mövcud olan böyük potensial əməkdaşlıq üçün yeni imkanlar yarandığını qeyd edib: “Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq”
Prezident gələn ildən başlayaraq Serbiyaya Azərbaycandan elektrik enerjisi ixrac ediləcəyini vurğulayıb. Ölkə rəhbəri bugünlərdəRumınya səfəri çərçivəsində Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması ilə bağlı müvafiq saziş imzalandığını, Qara dənizin dibi ilə çəkiləcək kabelin Azərbaycanı Avropa üçün önəmli təchizatçıya çevirdiyini qeyd edi. O bu sazişin Azərbaycanla Avropa ölkələri, eləcə də dost Serbiya arasında ömkdaşlığın yeni imkanlarını və yeni üfüqlər yaratığını deyib.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.

Aysel Mənsimova - politoloq
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.