Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır - İsrafil Kərimovun yazısı

26-12-2022, 21:10           
Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır -
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Qeyd edilməlidir ki, bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Yaradılan Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, həmçinin bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Qərbi Azərbaycan İcmasının inzibati binasında nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıbdır.
Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla Azərbaycan Prezidentinin görüşü tarixi bir hadisədir. Azərbaycan Prezidentinin dəfələrlə Ermənistanla bağlı söylədiyi tarixi faktlar var ki, bu faktlar əsaslı bir şəkildə ziyalılarımızın tarixdə saxtalaşdırılmış müəyyən məsələlərə yeni gözlə baxmasını və onların doğrusunu ortaya çıxarmasını tələb edir. Bir neçə il öncə Prezidentin özü də söyləmişdir ki, bizim İrəvan şəhəri Azərbaycan cümhuriyyətinin ilk günlərində ermənilərə güzəştə gedilib. Bu da çox böyük bir xəyanətdir. Eyni zamanda ermənilərin Cənubi Qafqaza köçürülməsi, ermənilərin tarixi vətənləri ilə bağlı elmi məlumatlar mövcuddur. Ermənilərin vaxtı ilə Qərbi Azərbaycan ərazilərində yaşaması iddiaları erməni mifologiyasıdır.
Azərbaycan ərazisində ermənilərin məskunlaşdırılması, bunun ardınca onların torpaqlarımızı işğal etmək fikrinə düşməsi və öz hamiləri sayəsində bu mənfur arzularını gerçəkləşdirmələri real tarixdir və bu tarix yazılmalıdır. Prezident İlham Əliyev bu görüşdə çox mühüm bir faktı da xatırlatdı. Bir vaxtlar azərbaycanlıların yaşadığı indiki Ermənistan adlanan ərazidən onların müxtəlif illərdə deportasiya olunması faktları məlumdur. Həmçinin, o da məlumdur ki, bu gün Göyçə, Vedi, Dərələyəz kimi kəndlərimizdə ermənilər yaşamırlar. Yəni həmin ərazilərdə vaxtı ilə Azərbaycanlıların yaşadırları kəndlər boşdur, onlaı xaraba qoyublar. Bu da azərbaycanlılarin Qərbi Azərbaycandakı torpaqlarına qayıtmasını labüd edir.
Qərbi Azərbaycan İcmasının qarşısında duran əsas strateji məqsəd də məhz bu qayıdışın təmin edilməsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.