Zərdabda maarifləndirmə tədbiri keçirilib

28-12-2022, 08:38           
Zərdabda maarifləndirmə tədbiri keçirilib
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Zərdab şəhər Uşaq İncəsənət Məktəbində “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Gənclər Evinin nümayəndələri və məktəbin pedaqoji heyəti iştirak ediblər.
Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı İkram Əhmədov çıxış edərək bəşəriyyətin ən böyük probleminə çevrilən narkomaniyanın zərərli hallarından danışıb və iştirakçılara bu vasitələrin insan sağlamlığı üçün yaratdığı fəsadlar barədə geniş məlumat verib.
Görüşdə dini radikalizm və erkən nikah mövzusuna da toxunan məruzəçilər, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda narkomaniyanın zərərlərini əks etdirən videoçarx nümayiş olunub.
Teref.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru