Bu gün hava necə olacaq
14-06-2023, 00:07

Bakıda və Abşeron yarımadasında
Əsasən yağmursuz.
Lakin axşam havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən səhər saatlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Qeyd: Hər gün yenilənmiş məlumatı meteo.az saytından əldə edə bilərsiniz.
Hidrometeoroloji Proqnozlar Bürosu