Bakıda yenə forma ajiotajı yaranacaq? - “İstiyə düşmək istəməyən valideynlər...” - Şöbə müdiri

13-06-2023, 17:33           
Bakıda yenə forma ajiotajı yaranacaq? - “İstiyə düşmək istəməyən valideynlər...” - Şöbə müdiri
Elm və Təhsil Nazirliyinin məlumatına görə, cari tədris ilinin əvvəlindən bütün ümumi təhsil müəssisələrinə Nazirlər Kabinetinin müvafiq qərarının icra edilməsi ilə bağlı tapşırıq verilib.

Tapşırığa əsasən, hər bir müəssisə mart ayına qədər Pedaqoji Şura təşkil edərək 4 formadan 1-ni məktəbli forması olaraq seçib. İndiyə qədər 98%-ə yaxın müəssisə məktəbli forması ilə bağlı seçimlərini edib.

Yerdə qalan az sayda müəssisə ilə bağlı müvafiq işlər aparılır.

Maraqlıdır, hazırda "Bakı Tikiş Evi"ndə yeni formaların hazırlanmasına start verilibmi?

“Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov Cebhe.info-ya açıqlamasında bildirib ki, anbarlarda məktəbli forması çoxdur:

"Anbarlarda məktəbli formalarımız çoxdur. Həm də tikiş prosesi davam edir. Bu ilə ötən ildən fərqli olaraq yaxşı hazırlaşmışıq. Keçən il gec oldu, çətinliklər yaşadıq, mallarımız çatmadı, parçalarımız vaxtında gətirilmədi. Amma bu il parçanı vaxtında almışıq, məhsullarımız da tikilir, hər hansı çətinliyin olacağını da gözləmirik. Satışda da məhsullarımız var. Məktəblərin verdiyi qərara əsasən növbəyə, istiyə düşmək istəməyən valideynlər gəlib forma əldə edə bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.