Dəmir yolu peronunda gəzən şəxsdə narkotik aşkarlanıb

15-06-2023, 15:46           
Dəmir yolu peronunda gəzən şəxsdə narkotik aşkarlanıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Bəxtiyar Şəmsi Şəmkir rayon Dəllər qəsəbəsindəki Dəmir yolu Vağzalının peronunda saxlanılaraq şöbəyə gətirilib. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki torbadan 2 kq 460 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürlüb.
Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı XPŞ-də araşdırmalar davam etdirilir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru