Saatlıda narkotik yetişdirən şəxs saxlanıldı

16-06-2023, 10:18           
Saatlıda narkotik yetişdirən şəxs saxlanıldı
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayon sakini Nurəli Astanov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 112 ədəd çətənə bitkisi və təmiz çəkisi 3 kiloqram 890 qram olan marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru