Öz müstəmləkələrində vəhşiliklərə yol verən ölkənin insan hüquqları haqqında danışmağa haqqı yoxdur

25-07-2023, 14:08           
Öz müstəmləkələrində vəhşiliklərə yol verən ölkənin insan hüquqları haqqında danışmağa haqqı yoxdur
“China Global Television Network” televiziya kanalında yayımlan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində ökləmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasət, idman, nəqliyyat, Azərbaycan və Çin arasında dosluq və əməkdaşlıq əlaqələrinin inkişafı və s. məsələlərə toxunulub. Çinli jurnalistin suallarını ətraflı cavablandıran dövlətimizin başçısı iki ölkə arasında gələcək əməkdaşlıq əlaqələrindən də söz açıb.
Dövlət başçımız xarici siyasətdə mövcud olan ikili standartlardan danışıb. Bildirib ki, ölkəmizə qarşı yürüdülən bu ikili standartların səbəblərindən biri Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisinin böyük infrastruktura malik olmasıdır. Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Digər səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə, ölkəmiz müstəqil siyasət yürüdür. Azərbaycanın davamlı olaraq mətbuatın hədəfindəolması, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalması əsas səbəblərdən biridir.
Cənab Prezident “Human Rights Watch”, “Amnesty International” və “Freedom House”, Karneqi Beynəlxalq Sülh Fondunun qeyri-müstəqi, maliyyə vəsaitləri aldıqları qurumlardan tam asılı olduqlarını bildirib. Qeyd edib ki, “Onlar tam asılıdır və yiyələri ilə razılaşdırmadan bir addım belə sağa, yaxud sola ata bilməzlər. Lakin, bilirsiniz, biz bu mühitdə yaşamağa öyrəşmişik. Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. İnsanlarla söhbət apardıqda, görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir!”
Əlavə olaraq bildirilib ki, “Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, bilsin: ola bilər, o, haqlıdır, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, cəmiyyət daha da həmrəy olur, çünki biz görürük ki, bu, ədalətli deyil. Biz 30 il işğala məruz qalmışıq və Ermənistan işğalını orada pisləyən olmadı”.
Yuxarıda qeyd edilən təşkilatlar münaqişənin əsas etibar ilə yalnız dinc yolla nizamlamasını qeyd edir, lakin ərazi bütövlüyü məsələsini dilə gətirmirdilər. Bu, da məhz ikili standartların jarqonudur.
Vurğulandı ki, söhbət təkcə bəzi jurnalistlərin müsahibəsindən getmir. Belə siyasət yürüdən hökumətlər də var. “Hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər”.
Bu gün Fransa Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Fransa hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Fransanın müstəmləkəsi olan Mayot adası və Yeni Kaledoniyada vəhşiliklərə yol verən ölkənin başqa bölgədə insan hüquqları haqqında danışmağa haqqı yoxdur.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.